Bu günə qədər 2778 abituriyent ərizəsini təsdiq edib

Bu günə qədər 2778 abituriyent ərizəsini təsdiq edib

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir. SİA-nın xəbərinə görə, mayın 12-dən etibarən ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlanıb. Qəbul haqqında elan, qəbul qaydaları, qəbul aparılan ixtisasların siyahısı, müsabiqə şərtləri və digər məlumatlar "Abituriyent" jurnalının 3-cü sayında dərc olunub.

Abituriyentlər göstərilən müddət ərzində TQDK-nın internet saytının müvafiq səhifəsində (www.eservices.tqdk.gov.az/erizetex) şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və PİN kodunu daxil etməklə qeydiyyatdan keçir, iş nömrəsi və şifr əldə edirlər. Sonra iş nömrəsi və şifrdən istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasına daxil olur, onu doldurur və təsdiqini təmin edirlər.

Ümumi orta təhsil (9 illik) səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində 2013-cü və 2014-cü illərdə bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq edirlər.

Ümumi orta təhsil (9 illik) səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində 2013-cü ildən əvvəl və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə müvafiq SQK-larda təsdiq etdirirlər.

Qeyd edək ki, mayın 15-də saat 10-00-dək 2778 abituriyent ərizəsinin təsdiqini təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə