2013-cü ildə elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə cəmi 4198,9 mln. manat vəsait yönəldilib ki, bu da 2012-ci ilə nisbətən 9,2 mln. manat və yaxud 0,2 faiz çox olmuşdur. Həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 21,9 faiz təşkil edib. SİA-nın xəbərinə görə, dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılan vəsait də (1969,8 mln. manat) nəzərə alınmaqla, qeyd olunan sahələr üzrə xərclərin məbləği 6168,7 mln. manat, dövlət büdcəsi xərclərində xüsusi çəkisi isə 32,2 faiz təşkil edib.
2013-cü ildə elm xərcləri üzrə icra 117 mln. manat olub ki, bu da 2012-ci illə müqayisədə 263 min manat və yaxud 0,2 faiz çoxdur. Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılan vəsait də nəzərə alınmaqla, elm xərclərinə dövlət büdcəsi xərclərinin 0,9 faizi həcmində və yaxud 167,6 mln. manat vəsait ayrılıb.
Hesabat ilində təhsil xərclərinə 1437,7 mln. manat vəsait yönəldilməklə, dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 7,5 faiz təşkil edib. Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılan vəsait də nəzərə alınmaqla, təhsil xərclərinə dövlət büdcəsi xərclərinin 11,6 faizi həcmində və yaxud 2222,5 mln. manat vəsait ayrılıb.
Funksional təsnifata uyğun olaraq təhsil xərcləri üzrə istifadə olunan vəsaitin 775,9 mln. manatı və yaxud 54 faizi natamam və orta təhsil xərclərinin (2012-ci illə müqayisədə 9,5 mln. manat və yaxud 1,2 faiz çox), 257,7 mln. manatı və yaxud 17,9 faizi təhsil sahəsində tətbiqi tədqiqatlar və digər xidmətlərin, 138,7 mln. manatı və yaxud 9,6 faizi ali təhsil xərclərinin, 143,8 mln. manatı və yaxud 10,0 faizi məktəbəqədər və ibtidai təhsil xərclərinin (2012-ci illə müqayisədə 41,7 mln. manat və yaxud 40,8 faiz çox), 72,7 mln. manatı və yaxud 5,1 faizi texniki-peşə məktəblərinin və liseylərin (2012-ci illə müqayisədə 1 mln. manat və yaxud 1,4 faiz çox), 49,0 mln. manatı və yaxud 3,4 faizi internat və xüsusi məktəblərin maliyyələşdirilməsinə yönəldilib.
İqtisadi təsnifata müvafiq olaraq təhsil xərclərindən əməyin ödənişinə 927,6 mln. manat, malların (işlərin və xidmətlərin) satın alınmasına 212,3 mln. manat və yaxud 2012-ci illə müqayisədə 50 mln. manat (30,8 faiz) çox, təqaüd və sosial müavinətlərə 51,1 mln. manat və yaxud 2012-ci illə müqayisədə 18,2 mln. manat (1,6 dəfə) çox, digər xərclərə 202,6 mln. manat, qeyri- maliyyə aktivlərinin alınmasına (əsas vəsaitlərin, maşın və avadanlıqların, qurğu və digər istehsal obyektlərinin alınmasına, bina və qurğuların tikintisinə və s.) 44,1 mln. manat və yaxud 2012-ci illə müqayisədə 23,2 mln. manat (2,1 dəfə) çox vəsait ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB