İyun ayında müəllimlərin Sınaq Qiymətləndirilməsinə başlanılır DİQQƏT!
İyun ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən paytaxtın ümumtəhsil müəssisələrində çalışan müəllimlərin Sınaq Qiymətləndirilməsinə başlayacaq. SİA xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri, BŞTİ-nin müdirinin müavini Elnur Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlrəinə görə, Sınaq Qiymətləndirilməsi 3 istiqamətdə - fənn, metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında aparılacaq: "Sınaq Qiymətləndirilməsinin fənn istiqaməti-müəllimə öz bilik və bacarığını obyektiv dəyərləndirmək, peşəsi üçün əhəmiyyətli olan zəif və güclü cəhətlərini müəyyən etmək imkanı verəcək. Qiymətləndirilmə metodika istiqaməti üzrə tapşırıqları-kurrikulumların tətbiqi, müasir təlim texnologiyaları ilə işləmək bacarığı, şagird nailiyyətlərinin qiymətləndirilməsi və sair kimi məsələləri əhatə edir. Kommunikativ qabiliyyətə dair sorğu-müəllimlərin şagirdlərlə ünsiyyət qurma, özünü idarəetmə keyfiyyətləri və sinifdə münbit psixoloji mühit yarada bilmək bacarıqlarını ehtiva edir".
Elnur Əliyev bildirib ki, qiymətləndirmə Bakı şəhərinin 12 rayonu üzrə ayrı-ayrı məktəblərdə təşkil olunacaq və 2 saat davam edəcək: "Sınaq qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir. Sınaq qiymətləndirilməsi ilə müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və karyera inkişafı, onların bilik, bacarıq və səriştəsinin artırılmasına xidmət edən yeni sisteminin yaradılmasına başlanılması nəzərdə tutulur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB