TQDK: "II və III qrupun imtahan nəticələri yaxın 2 gündə açıqlanacaq"
"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən mayın 11-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticələri yaxın 2 gündə açıqlanacaq". Bunu SİA-ya açıqlamasında TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.
Onun sözlərinə görə, hazırda komissiya tərəfindən abituriyentlərin cavab kartlarının emalı prosesi aparılır.
Elnur Nağızadə bildirib ki, mayın 11-də II və III ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanında abituriyentlərə təqdim olunmuş test suallarının məzmunu ilə bağlı appellyasiya komissiyası yaradılıb: "Apellyasiya komissiyası mayın 12-də saat 10-dan 17:00-dək fəaliyyət göstərəcək".
Xatırladaq ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 33 binada keçirilib. İmtahanların idarə olunmasına 143 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1557 nəzarətçi-müəllim cəlb olunub.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanıb və 3 saat davam edib.
Qeyd edək ki, imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB