I və IV ixtisas qrupları üzrə imtahanda iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ!
Mayın 18-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanının "İmtahana buraxılış vərəqi"nin verilməsinə başlanıb. Tələbə Qəbulu üzrə DÖvlət Komissiyasından (TQDK) SİA-ya verilən məlumata görə, artıq mayın 18-də I və IV ixtisas qrupları üzrə imtahan verəcək abituriyentlər http://eservices.tqdk.gov.az/brxvbak/ keçidinə daxil olaraq "İmtahana buraxılış vərəqi"ni çap edə bilərlər.
Buraxılış vərəqəsi ilə yanaşı, onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. Abituriyentlər imtahana özləri ilə 2 sənəd-şəxsiyyəti təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər.
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB