"Global Talent" Proqramı AIESEC Azərbaycan təşkilatının Azərbaycan gəncləri üçün təklif etdiyi ən mühüm proqramlardan biridir. SİA-nın məlumatına görə, bu proqram xaricdə Marketinq və İngilis dili müəllimliyi sahəsində professional təcrübə keçmək istəyən gənclərimizə şamil olunur. Bu təcrübə proqramı müxtəlif ölkələrdən gələn gənc professionallarla birgə iş imkanı, yeni iş metodlarının məsimsənilməsi üçün şərait yaradır və qayıdarkən isə bu təcrübəni yerli şirkətlərdə tətbiqinə təkan olur.
Bu proqramın əsas üstünlüklərindən biri də odur ki, təcrübəçilər getdikləri ölkədən asılı olaraq yaşayış və qalmaq xərclərinin qarşılanması üçün əməkhaqqı ilə təmin olunurlar.
Bu proqram iştirakçıları üçün əsas tələblər aşağıdakılardır:
* 21-29 yaş arası olmaqları
* Seçdikləri iş sahəsi üzrə təcrübə (Marketinq – 8 ay ; Müəllimlik – 6 ay)
* 3 aydan 12 ayadək xaricdə təcrübə proqramı keçməyə uyğun olmaq * aiesec.az saytında yerləşən ərizə formasını doldurmaq: http://bit.ly/1nZmzCz
Ərizə təstiqi üçün son tarix: 15 May, 23:59
Əlavə suallar elektron ünvana göndərilə bilər: [email protected]
Qeyd edək ki, SİA.az AIESEC Azərbaycan təşkilatının media tərəfdaşıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə