Lənkəranda “Təhsil millətin gələcəyidir” adlı intellektual yarış keçirilib
Lənkəran şəhər 10 saylı orta məktəbində Lənkəran şəhər Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş "Təhsil millətin gələcəyidir" adlı intellektual yarış keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, yarışda seçim mərhələsində daha çox düzgün suala cavab verərək finala vəsiqə qazanan Ləkəran şəhər 3 saylı orta məktəb, 4 saylı Humanitar Təmayüllü Məktəb-Lisey, şəhər 7saylı və 8 saylı orta məktəbin komandaları birincilik uğrunda mübarizə aparıblar. Yarışın sualları 6 fənni, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, Azərbaycan ədəbiyyatı, kimya, fizika və biologiya fənnləri olmaqla əhatə edib. Gərgin mübarizə şəraitində keçən yarışda 20 suala düzgün cavab verməklə 7 saylı orta məktəbin komandası birinci yeri qazanıb. İkinci və üçüncü yerləri müvafiq olaraq 4 saylı Humanitar Təmayüllü Məktəb Lisey və 8 saylı orta məktəbin komandaları qazanıblar.
İntellektual yarışın qaliblərinə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin diplomları və hədiyyələri təqdim edilib.
Sərraf Mirsəfəroğlu



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB