Ümummilli Liderin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş andiçmə mərasimi keçirilib

Ümummilli Liderin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş andiçmə mərasimi keçirilib

Bu gün 18 nömrəli Bakı Peşə Liseyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş hərbi marş və təntənəli andiçmə mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə 600-ə yaxın şagirdlə yanaşı, valideynlər, müəllimlər, hərbiçilər və Təhsil Nazirliyinin nümayəndələri iştirak edib.

Mərasim Azərbaycan Respublikasının Dövlət Bayrağının meydana gətirilməsi və Dövlət Himninin səsləndirilməsi işlə başlayıb. Şagirdlər hərbi marşla tamaşaçıların önündən keçib və düzülərək təntənəli surətdə hərbi and içiblər.

Mərasimin rəsmi hissəsində çıxış edən qonaqlar gənclərdə hərbi vətənpərvərlik hisslərinin aşılanmasında bu kimi tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıblar. Tədbirdə daha fəal iştirak edən bir qrup şagird liseyin Fəxri Fərmanı və döş nişanı ilə təltif olunub. Sonra şagirdlər Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr etdikləri əsəbi-bədii kompozisiyanı nümayiş etdiriblər.

Tədbir iştirakçıları liseyin həyətyanı sahəsində tələbələrin əl işləri və rəsmlərinə baxış keçirib, eləcə də təhsil müəssisəsində yaradılmış müasir maddi-texniki baza ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə