Azərbaycan ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilən qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçiminin vaxtı başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) SİA-ya verilən xəbərə görə, ilkin statistik məlumatlara əsasən, 9780 bakalavr proqram seçimində iştirak edib. Həmin bakalavrlar 2014-cü il mayın 22-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsi üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.
Qəbul imtahanının ikinci mərhələsi 2014-cü il mayın 25-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.
Qeyd edək ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinə onun 2 mart 2014-cü il tarixində keçirilmiş birinci mərhələsinin nəticələrinə əsasən proqram seçimində iştirak etmək hüququ qazanmış bakalavrlar buraxılırlar.
2014-2015-ci tədris ili üzrə magistraturaya yalnız əyani təhsil 0alma forması üzrə plan yerləri verilib. Plan yerlərinin sayı 6565-dir. Onlardan dövlət sifarişi üzrə olanların sayı 2547-dir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB