Məzunlara “buraxılış vərəqəsi” verilməyə başlandı

Məzunlara “buraxılış vərəqəsi” verilməyə başlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyən əvvəlki illərin məzunlarına "Abituriyentin imtahana buraxılış vərəqəsi"ni verməyə başlayıb. Komissiyadan SİA-ya verilən məlumata görə, 2-ci və 3-cü ixtisas qrupları üzrə sənəd verən əvvəlki illərin məzunları "Abituriyentin imtahana buraxılış vərəqəsi"ni almaq üçün TQDK-nın saytındakı müvafiq sistemə daxil olmalıdırlar.

Əvvəlki illərin məzunları üçün II və III qruplar üzrə qəbul imtahanı mayın 11-də, I və IV qruplar üzrə mayın 18-də olacaq.

Qeyd edək ki, bu ildən başlayaraq əvvəlki və cari illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanları fərqli tarixlərdə keçiriləcək. Cari ilin məzunları üçün qəbul imtahanları iyul ayında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə