Mikayıl Cabbarov: "Formallıq xətrinə şagirdi sinifdən sinfə keçirməklə təhsil sisteminə xidmət etmək olmaz"

Mikayıl Cabbarov: "Formallıq xətrinə şagirdi sinifdən sinfə keçirməklə təhsil sisteminə xidmət etmək olmaz"

"ğ "Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar"ın təsdiq edilməsində məqsəd təhsilin keyfiyyətinin təmin olunmasıdır". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, qərar əsasən bir sıra fənlər üzrə "qeyri-kafi" qiymət alan şagirdlərin növbəti sinfə keçirilməsi məqsədəuyğun hesab edilmir: "Fərz edək ki, şagird 8-ci sinif proqramını mənimsəmir və onun 9-cu sinifdə uğurla təhsil alması təbii olaraq böyük suallar doğurur. Formallıq xətrinə şagirdi sinifdən-sinfə keçirməklə biz nə şagirdə, nə təhsil sisteminə, nə də nəticə etibarilə onun vətəndaş kimi həyatda yer tapmasına xidmət etmirik. Yeni qaydalar, şagirdlərin gələcək həyat yolunun seçiminə, tədrisin keyfiyyətinin artırılmasına, tədris sistemində formallığın azaldılmasına və nəticə etibarilə təhsil sisteminin buraxdığı məhsulun keyfiyyətinin qaldırılmasına xidmət edəcək".

Nazir bildirib ki, IX-XI siniflərdə istər attestatların, istərsə də şəhadətnamələrin verilməsi bütün mərhələlərdə təmin olunur: "Bu baxımdan biz bu məsələlərdə liberal yanaşmanın tərəfdarıyıq. Amma bu, təbii olaraq təhsilin keyfiyyətinin azaldılması hesabına həyata keçirilə bilməz. Təhsil sistemi keyfiyyətli təhsil vermək üçün xidmət etməlidir. Qərarın arxasında duran fəlsəfə də budur və başqa bir fəlsəfə yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə