Mikayıl Cabbarov: "Biz dərs ilinin 8 həftə uzadılmasını nəzərdə tutmuruq"

Mikayıl Cabbarov: "Biz dərs ilinin 8 həftə uzadılmasını nəzərdə tutmuruq"

"Müqayisəli təhsil onu göstərir ki, müasir təhsil sistemləri ilə müqayisədə Azərbaycan şagirdləri təxminən 8 həftə az tədris keçirlər. 8 həftə çox uzun müddətdir. Biz bu mərhələdə dərs ilinin 8 həftə uzadılmasını nəzərdə tutmuruq. Amma dərs ilinin bu qədər qısa olması şagirdin nailiyyətinə, habelə təhsilin keyfiyyətinə mənfi təsir göstərir". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, dərs ilinin uzadılması məsələsinin digər səbəb isə dərs ilinin qısa olması ilə əlaqədar eyni fənn və ya akademik proqramların tədrisinin bir günə və ya bir akademik həftəyə salınmasının şagirdlərin yüklənməsinə gətirib çıxarmasıdır: "Bizim verəcəyimiz qərar tədris yükünün optimallaşdırılmasına müsbət təsir göstərəcək".

Təhsil naziri otra ümumitəhsil məktəblərində ilahiyyat dərslərinin ayrıca fənn kimi tədris olunması məsələsinə münasibət bildirib. Nazir deyib ki, bu məsələ gündəmdə deyil: "Ümumiyyətlə bu məsələyə baxılmır".

Bütün xəbərlər Facebook səhifəmizdə