TQDK imtahan nəticələrini AÇIQLADI

TQDK imtahan nəticələrini AÇIQLADI

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ali təhsil müəssisələrinin tələbələri üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsinin nəticələri açıqlanıb. SİA xəbər verir ki, nəticələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, bu gün TQDK ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirib. ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir. Qeydiyyat ARDNŞ tərəfindən aparılıb və 1972 nəfər qeydiyyatdan keçib.

İmtahan Bakı Dövlət Universitetinin I, II və yeni tədris binalarında saat 11:00-da başlayıb. İmtahanın idarə olunması üçün 12 imtahan rəhbəri, 140 nəzarətçi-müəllim ayrılıb. Test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunub. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt verilib.

İmtahanın nəticəsinə əsasən, yüksək bal toplamış namizədlər növbəti mərhələdə-müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-ın məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə