"Buraxılış imtahanları 1-ci istiqamət üzrə iyunun 8-də, 2-ci istiqamət üzrə iyunun 13-də, 3-cü istiqamət üzrə iyunun 18-də , 4-cü istiqamət üzrə iyunun 24-də keçiriləcək". SİA xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib.
Onun sözlərinə görə, eksternat buraxılış imtahanları iyunun 29-da olacaq: "Cari ilin məzunları üçün ali məktəblərə qəbul imtahanları isə I və IV qruplar üzrə iyulun 12-də, II və III qruplar üzrə qəbul imtahanı isə iyulun 20-də keçiriləcək. Əvvəlki illərin məzunları üçün qəbul imtahanı I və IV ixtisas qrupları üzrə mayın 11-də, II və III qruplar üzrə mayın 18-də baş tutacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB