Məktəblərdə şagirdlərin sinifdən sinfə keçirilməsi qaydalarında YENİLİK OLACAQ
"Ümumi təhsil məktəblərində şagirdlərin sinifdən sinfə keçirilməsi üçün Təhsil Nazirliyi müvəqqəti qaydalar tətbiq edəcək". SİA-nın xəbərinə görə, Təhsil Nazirliyinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında belə deyib.
Onun sözlərinə görə, orta ümumi təhsil məktəblərində təhsil alan şagird 4 və daha artıq fəndən illik olaraq qeyri-kafi qiymət alıbsa, həmçinin dərs məşğələlərində iştirak etmədiyindən biliyi qiymətləndirilmədiyi üçün 5-ci, 8-ci və 10-cu sinif şagirdləri təkrar sinifdə saxlanılacaqlar: "Lakin 1-3 fəndən illik olaraq qeyri-kafi qiymət alıbsa, həmçinin dərs məşğələlərində iştirak etmədiyindən biliyi qiymətləndirilmədiyi üçün 5-ci, 8-ci və 10-cu sinif şagirdləri təkrar sinifdə saxlanılmayacaqlar. Bu şagirdlərə yay tapşırıqları veriləcək. Onlar yay tətili zamanı qeyri-kafi qiymət aldığı fənlər üzrə avqust ayının 25-dən sentyabr ayının 10-na kimi təkrar imtahan verərək növbəti sinfə keçəcəklər. Əgər şagird ilin birinci yarım ilində deyil, yalnız ikinci yarım ilində fənn üzrə qeyri-kafi qiymət alıbsa, o növbəti sinfə keçirilməyəcək. Şagirdin özündən asılı olmayan səbəblərdən xarici dil, təsviri incəsənət, musiqi və nəğmə, informatika fənlərindən, sağlamlıq vəziyyətinə görə əmək hazırlığı, fiziki tərbiyə, rəsm xətt, gənclərin çağırışa qədərki hazırlığı fənlərindən şagirdlərin biliyinin qiymətləndirilməməsi onların növbəti sinfə keçməsinə təsir etmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB