Cari ildə qiyabi təhsil forması üzrə qəbul planı 2 dəfədən çox azaldılıb
"Ötən tədris ilinin faktiki qəbuluna nisbətən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə cari tədris ili üçün qəbul planı 12,9% artırılıb". SİA xəbər verir ki, bunu Təhsil Nazirliyinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, cari ildə Azərbaycanda ali məktəblərin bakalavr və magistratura ixtisaslarına qəbul planında müəyyən yeniliklər nəzərdə tutulub: "Belə ki, bu il qiyabi təhsil forması üzrə qəbul planı 2 dəfədən çox azaldılaraq bu yerlərin hesabına əyanı tələbə qəbulu planı artırılıb. Özəl ali təhsil müəssisələrinin hamısında qiyabi təhsil formasına isə qəbul dayandırılıb. Azərbaycan İctimai Siyasi Universiteti və Azərbaycan Müəllimlər İnstitutunun 4 filialında həm əyanı, həm də qiyabi təhsil forması üzrə pedaqoji ixtisaslara qəbul aparılmayacaq. Bu ixtisas üzrə qəbul yalnız özəl ali məktəblərdən 3-nə Xəzər, Qafqaz və Bakı Qızlar universitetlərinə icazə verilib. Təhsil, texniki və texnoloji, eləcə də kənd təsərrüfatı ixtisaslarına dövlət sifarişli yerlər artırılıb. Kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan ixtisaslara qəbul yalnız dövlət sifarişinə uyğun olaraq aparılacaq".
Cari ildə ali təhsil müəssisələrinin magistratura pilləsinə qiyabi təhsil forması üzrə qəbulun nəzərdə tutulmadığını deyən qurum rəsmisi bildirib ki, bakalavr buraxılışı olmayan ixtisasların magistraturasına da qəbul aparılmayacaq: "Bundan başqa, son illərdə real tələbata əsaslanmadan artırılan qəbul yerlərinin sayı 15667 yerdə 11266 yerə qədər endirilib. Bununla da 4401 qəbul yeri azaldılıb. Qiyabi təhsil forması üzrə kolleclərə qəbul planı 4,1 dəfə azaldılıb. İbtidai sinif və informatika müəllimliyi ixtisasları kolleclərin qəbul planından çıxarılıb. Kolleclərə "məktəbəqədər təlim və tərbiyə" ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38% azaldılıb. Texniki istiqamətli kolleclərdə isə pedaqoji ixtisasları tələbə qəbulu planından çıxarılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB