Salyan, Neftçala, Hacıqabul, Kürdəmir və Biləsuvar sakinlərinin NƏZƏRİNƏ!
Təhsil naziri Salyanda vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 5 may 2014-cü il tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Salyan, Neftçala, Hacıqabul, Kürdəmir və Biləsuvar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 29, 30 aprel və 1, 2 may 2014-cü il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) zəng etməklə və ya "Elektron müraciət" bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırılan məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB