Bu gün Bakıda British Council Azərbaycan növbəti "Education UK - Birləşmiş Krallıqda Təhsil" adlı təhsil sərgisini keçirir. SİA xəbər verir ki, iki gün davam edəcək sərginin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının təhsil nazirinin müavini Ceyhun Bayramov, Britaniyanın keçmiş təhsil naziri Charles Clarke və digər şəxslər iştirak edib.
Birləşmiş Krallığın 20 məktəb, kollec və dil kurslarının iştirak etdiyi sərginin keçirilməsində məqsəd müasir tələblərə akademik biliklə yanaşı müstəqil düşünmə və yaradıcılıq imkanları verən Britaniya təhsil sisteminin geniş imkanlarını tanışmaqdır. Sərgidə məktəblilər və onların valideynləri, eyni zamanda tələbələr və Birləşmiş Krallıqda təhsil ilə maraqlanan hər bir şəxsin iştirakçı kollec, məktəb və dil kurslarının nümayəndələri ilə görüşmək və təhsil proqramları ilə bağlı geniş məlumat almaq imkanı olacaq. Eyni zamanda sərginin partnyorları, The Britain Azerbaijan Business Council və Azərbaycan Beynəlxalq Bankı tərəfindən maraqlı hədiyyələr, həmçinin sərgi iştirakçıları tərəfindən Birləşmiş Krallıqda 2-4 həftəlik pulsuz ingilis dili kursları təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB