Ceyhun Bayramov: "676 azərbaycanlı tələbə Böyük Britaniya universitetlərini seçib"

Ceyhun Bayramov: "676 azərbaycanlı tələbə Böyük Britaniya universitetlərini seçib"

"2007/2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Böyük Britaniya universitetləri Azərbaycan tələbləri tərəfindən əsas seçilmiş 3 istiqamətdən biridir". SİA xəbər verir ki, təhsil nazirinin müavini Ceyhun Bayramov bu gün Bakıda keçirilən təhsil sərgisində çıxışı zamanı belə deyib.

Onun sözlərinə görə, Dövlət Proqramı çərçivəsində qeyd olunan illərdə 676 azərbaycanlı tələbə Böyük Britaniya universitetlərini seçiblər: "Onlardan 414-ü hazırda təhsillərini davam edir. 237 nəfər isə artıq təhsilini başa çatdırıb. 2013/2014-cü tədris illəri üçün 257 azərbaycanlı tələbə Britaniya universitetlərindən dövlət proqramı çərçivəsində təhsil almağa gedib. 2014/2015-ci il üçün dövlət proqramı çərçivəsində prioritet universitetlər sırasına 40 Britaniya universiteti daxil edilib".

Nazir müavini bildirib ki, xaricdə təhsil üzrə Dövlət Proqramı orta müddətli təsdiqlənən, Azərbaycanı yüksək ixtisaslı kadrlara olan ehtiyacını ödəmək üçün nəzərdə tutulub: "Uzun müddətli perspektivə gəldikdə isə deyə bilərəm ki, ötən ilin oktyabr ayında ölkə başçısı tərəfindən təsdiq edilən Azərbaycanda Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da əks olduğu kimi Azərbaycanın təhsil sahəsində aparılan islahatlarda aparıcı beynəlxalq təcrübəyə yiyələnmək, bundan istifadə etmək vacib amil hesab olunur. Nəinki ali təhsil, təhsilin digər sahələri üzrə əməkdaşlıq bizim üçün çox önəmlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə