Ali məktəbdə kadr dəyişikliyi edilib

Ali məktəbdə kadr dəyişikliyi edilib

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) kadr islahatları davam edir. ADİU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, universitet rektorunun imzaladığı əmrə əsasən Zöhrab İbrahimov maliyyə fakültəsinin dekanı, Həmid Həmidov isə doktorantura şöbəsinin müdiri təyin edilib.

Rektorun digər əmri ilə Raqif Qasımov Magistratura mərkəzinin qiyabi təhsil üzrə direktor müavini təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə