Müəllimlər arasında şahmat yarışının final mərhələsi keçirilib

Müəllimlər arasında şahmat yarışının final mərhələsi keçirilib

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ümumi təhsil müəssisələrinin müəllimləri arasında şahmat yarışının final mərhələsi keçirilib. SİA xəbər verir ki, Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə keçirdiyi şahmat yarışının finalında rayon, şəhər mərhələlərinin qalibi olan 72 nəfər müəllim iştirak edib. Olimpiya sistemi üzrə təşkil olunan final bir gün ərzidnə başa çatıb.

Qaliblər və fəal iştirakçılar hər iki təşkilatın birgə Fəxri Fərmanı, diplomu ilə təltif olunub və onlara pul mükafatları verilib.

Qeyd edək ki, şahmatı geniş təbliğ etmək və yaymaq, asudə vaxtı mənalı və səmərəli keçirmək məqsədilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ümumi təhsil müəssisələrinin müəllimləri arasında şahmat yarışının keçirilməsi haqqında Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi birgə qərar imzalayıb. Qərar uyğun olaraq, yarışın birinci mərhələsi martın 10-dək ümumtəhsil məktəblərində, ikinci mərhələsi aprel ayının 10-dək şəhər və rayonlarda keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə