Təhsil naziri Mikayıl Cabbarov "Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə" əmr imzalayıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əmrə əsasən, "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları", "Müsabiqə yolu ilə müəllimlərin yerdəyişməsi və işə qəbulu qaydalarının tətbiqini tənzimləyən sənədlər toplusu" və digər müvafiq sənədlər təsdiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB