Bakı və Sumqayıt şəhərlərinin şagirdləri imtahan verəcək

Bakı və Sumqayıt şəhərlərinin şagirdləri imtahan verəcək

Aprelin 22, 23 və 24-də Bakı və Sumqayıt şəhərlərində 15 698 XI sinif şagirdi monitorinq imtahanı verəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən SİA-ya veirlən məlumata görə, imtahanlar 280 məktəbdə təşkil olunacaq.

İmtahanlar Azərbaycan bölməsinin şagirdləri arasında ana dili, riyaziyyat və fizika fənləri üzrə aparılacaq. Bütün binalarda imtahanlar saat 10:00-da başlanır, ana dili fənni üzrə imtahan 45 dəqiqə, riyaziyyat və fizika fənlərinin hər biri üzrə ayrılıqda 1 saat ərzində aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə