Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Respublikanın ümumtəhsil müəssisələrinin V və VI sinif şagirdləri üçün rayonlarda 14 və 15 aprel , Bakı şəhərində 17 və 18 aprel tarixlərində monitorinq imtahanları keçirib. Komissiyadan SİA-ya verilən məlumata görə, bu imtahanlar həm Azərbaycan, həm də rus bölmələri üzrə Ana dili və riyaziyyat fənlərindən aparılmış, hər bir fənn üzrə imtahan müddəti 1 saat 30 dəqiqə olub. V və VI siniflər üçün monitorinq imtahanları Respublika üzrə ümumilikdə 250-ə yaxın məktəbdə həyata keçirilib.
Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Qeyd edəki ki, XI sinif şagirdləri üçün monitorinq imtahanları isə Bakı şəhərində 22, 23 və 24 aprel tarixlərində, digər şəhər və rayonlarda isə 29-30 aprel tarixlərində həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB