Jurnalistika ixtisası üzrə magistraturaya qəbula gedənlərin NƏZƏRİNƏ!

Jurnalistika ixtisası üzrə magistraturaya qəbula gedənlərin NƏZƏRİNƏ!

Jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanına qeydiyyatdan keçmiş bakalavrlar aprelin 22-dən 24-dək qabiliyyət imtahanı verməlidir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, imtahan TQDK-nın binasında keçiriləcək.

Qeydiyyatdan keçmiş bakalavrlar aprelin 18-dən başlayaraq TQDK-nın internet saytında müvafiq səhifəyə daxil olaraq "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və buraxılış vərəqəsində göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. Bakalavrlar qabiliyyət imtahanına gələrkən şəxsiyyətlərini təsdiq edən sənədi, "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni özləri ilə gətirməlidirlər.

Bakalavrlar özlərinin dövri mətbuatda, radio və televiziyada, internet KİV-də yayımlanmış jurnalistika üzrə yazılarını qovluqda Qabiliyyət imtahanı komissiyasına təqdim etməlidir. Qabiliyyət imtahanına qeydiyyatdan keçmiş, lakin dövri mətbuatda, radio və televiziyada, internet KİV-də yayımlanmış jurnalistika üzrə yazıları olmayan bakalavrlar da qabiliyyət imtahanında iştirak etməlidir.

Jurnalistika üzrə qabiliyyət imtahanı haqqında məlumat və imtahana hazırlaşmaq üçün ədəbiyyat siyahısı aprelin 3-dən TQDK-nın internet saytında yerləşdirilib və qabiliyyət imtahanına qeydiyyat aprelin 4-dən 14-dək internet vasitəsilə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə