Aprelin 30-dək şağirdlər "Şagird-məzun" sisteminə daxil ediləcək

Aprelin 30-dək şağirdlər "Şagird-məzun" sisteminə daxil ediləcək

Orta məktəblərin builki buraxılış sinif şagirdləri haqqında məlumatlar aprelin 30-dək "Şagird-məzun" sisteminə daxil edilməlidir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ümumtəhsil müəssisələrinin 2013/2014-cü tədris ili buraxılış sinif şagirdlərinin ali və orta ixtisas təhsili müəssisələrinə elektron ərizələrinin qəbulu yalnız "Şagird-məzun" sisteminə daxil edilmiş məlumatlar əsasında təsdiq edilir. Bunu nəzərə alaraq, şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri daxil edilməmiş məlumatları "Şagird-məzun" sisteminə əlavə etməli və təsdiqləməlidirlər.

Qeyd edək ki, indiyədək 203 906 buraxılış sinif şagirdinin 86,98 faizi haqqında məlumatlar sistemə daxil edilərək təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə