“Jurnalistika” ixtisası üzrə magistraturada qəbul planı dolmayacaq RƏSMİ AÇIQLAMA

“Jurnalistika” ixtisası üzrə magistraturada qəbul planı dolmayacaq RƏSMİ AÇIQLAMA

"Jurnalistika" ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı başa çatıb. Bu barədə SİA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə açıqlama verərkən deyib.

Qeydiyyat üçün nəzərdə tutulan müddətin bu gün başa çatdığını deyən E. Nağızadənin sözlərinə görə, "Jurnalistika" ixtisas üzrə təhsil almaq istəyənlər qeydiyyatdan keçmək üçün aprelin 4-dən 15-dək TQDK-nın internet saytında müvafiq səhifədə (http://eservices.tqdk.gov.az/erizemag/) bakalavrların qeydiyyatı üçün nəzərdə tutulan bölməyə daxil olaraq anket sorğusunu doldura bilərlər.

Mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, bu günə qədər qeydiyyatdan 25 nəfər keçib: "Cari ildə "Jurnalistika" ixtisası üzrə magistraturada ümumilikdə 43 yer ayrılıb. Onlardan 25-i dövlət sifarişi üzrədir. Lakin "Jurnalistika" ixtisası üzrə magistraturada təhsil almaq üçün 25 nəfər sənəd verdiyindən belə bir nəticəyə gəlmək olar ki, jurnalistika ixtisası üzrə magistraturada qəbul planı dolmayacaq".

Qeyd edək ki, 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, "Jurnalistika" ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq üçün müsabiqədə iştirak edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə