Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün aprelin 13-də sınaq imtahanı keçirib. Komissiyadan SİA-ya verilən məlumata görə, imtahanlar Bakı, Gəncə, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Qubada təşkil olunub.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılmışdır və 8 min 283 abituriyent qeydiyyatdan keçib.
Bu sınaq imtahanında abituriyentlərə təqdim olunan test tapşırığı nümunələri bu il aprelin 6-da keçirilmiş sınaq imtahanının təkrarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB