Aprelin 13-də sınaq imtahanları keçiriləcək

Aprelin 13-də sınaq imtahanları keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 13-də sınaq imtahanları keçirəcək. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, imtahanlar Bakı, Gəncə, Mingəçevr, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 14 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 8283 abituriyent qeydiyyatdan keçib.

Qeyd edək ki, bu sınaq imtahanında abituriyentlərə təqdim olunacaq test tapşırığı nümunələri aprelin 6-da keçirilən sınaq imtahanının təkrarıdır. İmtahan binalarına buraxılış abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə