6-cı sinfin dərslikləri ilə bağlı aparılan monitorinq yekunlaşıb

6-cı sinfin dərslikləri ilə bağlı aparılan monitorinq yekunlaşıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) respublikanın ümumtəhsil məktəblərində istifadədə olan, yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 6-cı sinif dərslik komplektlərinin elmi-metodiki monitorinqi başa çatıb.

TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müzakirələr nəticəsində formalaşmış 66 yekun rəy hazırlanıb. Belə ki, yekun rəylər Azərbaycan bölməsi üzrə 18 dərslik və 18 müəllim üçün metodik vəsait, rus bölməsi üzrə 15 dərslik və 15 müəllim üçün metodik vəsaiti əhatə edib.

6-cı sinif dərslik komplektinin müzakirələri nəticəsində formalaşmış yekun rəylər Təhsil Nazirliyinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə