Nazirlikdən təhsil şöbələrində baş verən neqativ halların mətbuatda işıqlandırılmasına MÜNASİBƏT

Nazirlikdən təhsil şöbələrində baş verən neqativ halların mətbuatda işıqlandırılmasına MÜNASİBƏT

Təhsil Nazirliyi bəzi mətbu orqanlarda əksər təhsil şöbələrində baş verən neqativ hallar və korrupsiya faktları ilə bağlı dərc olunan yazılara münasibət bildirib.

SİA xəbər verir ki, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirdiyi mətbuat konfransında deyib ki, gün ərzində Təhsil Nazirliyin media monitorinqlərinə daxil olan müraciətlərdə müxtəlif təhsil şöbələri ilə bağlı yazılara, jurnalist araşdırmalarına, eyni zamanda sorğulara rast gəlinir. O deyib ki, dövlət büdcəsindən təhsil bölməsi üzrə ayrılan vəsait rayonların yerli icra hakimiyyətlərinin sərəncamındadır: "Təhsil Nazirliyinin yerli icra hakimiyyəti orqanlarına ayrılan büdcə ilə bağlı sərəncam vermək və ya nəzarət etmək funksiyası yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə