Nazirlikdən abituriyentlərə daha bir ŞANS

Nazirlikdən abituriyentlərə daha bir ŞANS

"Son 6 ay ərzində nazirliyə müxtəlif ali təhsil müəssisələrindən daxil olan müraciətlərin böyük əksəriyyəti vaxtında ixtisas seçimini düzgün etmədiklərinə görə digər ixtisaslara köçürülmək istəyən tələblərlə bağlı olub". SİA xəbər verir ki, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunu nəzərə alınaraq aprel ayından başlayaraq Təhsil Nazirliyi Azərbaycanda abituriyentlərin düzgün ixtisas seçiminə kömək etmək məqsədilə yeni layihəyə başlayır: "Belə ki, artıq ali məktəblər, orta ixtisas təhsili müəssisələri və peşə məktəblərində "İxtisas seçimi uğurlu karyeranın başlanğıcıdır" adlı kampaniya başlanıb. Kampaniya çərçivəsində hər bir təhsil müəssisəsi öz baza məktəbini formalaşdıracaq və bu proses orada həyata keçiriləcək. Bu məktəblərdə ali məktəblərə hazırlaşan abituriyentlərlə iş aparılacaq, ixtisasların hədəfi, gələcək uğurları ilə bağlı onlara ətraflı məlumat veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə