Test imtahanlarında iştirak edəcək nəzarətçi-müəllimlərə seminar-məşğələlər keçirilir
TQDK-nın Gəncə Regional bölməsində 2014-2015-ci illər keçiriləcək test imtahanlarında iştirak edəcək nəzarətçi-müəllimlərə seminar-məşğələlər keçirilir. SİA-nın verdiyi xəbərə görə, artıq regiona daxil olan Gəncə, Samux, Goranboy, Göygöl, Daşkəsən, Naftalan, Şəmkir, Gədəbəy və Tovuz rayonlarında regional bölmənin əməkdaşları tərəfindən qrafikə uyğun olaraq seminar-məşğələlərə başlanılıb. Treninqlərdə 85 nəfər imtahan rəhbəri, eləcə də 1700-ə yaxın nəzarətçi müəllim iştirak edib. Seminar-məşğələlərdə nəzarətçilərə imtahan qaydaları izah edilib, imtahanın gedişinə aid film nümayiş olunub. Onlar əyani vəsaitlərlə tanış edilib və anket məlumatları dəqiqləşdirilib. Ümumiyyətlə məşğələlərə ali təhsil ocaqlarında çalışan və bu sahədə böyük təcrübəyə malik olan müəllimlər cəlb olunub. Burada əsas məqsəd imtahan proseslərinin şəffaf idarə olunması və regionlarda imtahan bazasınını yaradılmasıdır.
İlham Məmmmədzadə, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB