TQDK bu gün ilk sınaq imtahanını keçirir

TQDK bu gün ilk sınaq imtahanını keçirir

Bu gün Azərbaycanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə ilk sınaq imtahanları keçirilir. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sınaq imtahanları respublikanın 22 şəhər və rayonunda ümumilikdə 62 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün respublika üzrə abituriyentlərə 49405 yer ayrılıb, qeydiyyat internet vasitəsilə martın 27-dən aparılıb.

Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanlarının aprelin 6-dan iyunun 1-dək keçirilməsi nəzərdə tutulur. Bu müddətdə ümumilikdə 6 sınaq imtahanı keçiriləcək ki, onların 4-ü yeni, 2-si isə təkrar olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə