Əhməd Vəliyev: “Universitetlərin bölgələrə köçürülməsi fikrini yüksək qiymətləndirirəm”

Əhməd Vəliyev: “Universitetlərin bölgələrə köçürülməsi fikrini yüksək qiymətləndirirəm”

"Dünyanın hər yerində, xüsusilə də inkişaf etmiş ölkələrdə universitetlər, təhsil müəssisələri şəhərin kənarında, bölgələrdə yerləşdirilir. Əgər Azərbaycanda da belə olsa, yaxşı olar və bu fikri yüksək qiymətləndirirəm". Bu fikri SİA-ya açıqlamasında "Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev bildirib.

Bakıda fəaliyyət göstərən ali təhsil müəssisələrinin şəhərdən kənara, bölgələrə köçürülməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirən Ə.Vəliyev qeyd edib ki, paytaxtımızda sıxlıq var: "Ona görə, universitetlərin şəhər kənarına köçürülməsi vacib məsələdir. Nəinki universitetlərin şəhər kənarında, hətta regionlarda, sərhəd rayonlarımızda açılması çox müsbət hadisə olardı. Bölgələrdə ali təhsil ocaqlarının olması orada həm sərhədlərimizin möhkəmlənməsinə kömək edəcək, həm də həmin yerlərdə gənclər məskunlaşacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə