Nazir müavini məktəblərdə dini dərslərin keçirilməsi məsələsinə münasibət bildirib
Təhsil Nazirliyi ekstremist dini cərəyanların yayıldığı bir vaxtda məktəblərdə din dərslərinin keçirilməsi məsələsinə münasibət bildirib. SİA xəbər verir ki, jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, hazırda Azərbaycanın orta ümumtəhsil məktəblərində din ayrıca fənn kimi tədris olunmur: "Ölkəmizdə din müəyyən fənlərdə, məsələn, "Həyat bilgisi" dərsliyində dini bilgilər uşaqların yaş qruplarına uyğun olaraq tədris olunur. Uşaqlara dünya dinləri barədə də əlavə məlumatlar verilir. Uşaqları tolerantlıq, bütün dinlərə hörmət ruhunda tərbiyə etmək üçün dərsliklərdə bütün məlumatlar var. Bundan sonra da biz bunları nəzarətdə saxlayacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB