Ceyhun Bayramov: "2014/2015-ci tədris ilinin sonuna 3 həftə əlavə olunacaq"

Ceyhun Bayramov: "2014/2015-ci tədris ilinin sonuna 3 həftə əlavə olunacaq"

"Təhsil nazirliyi tərəfindən irəli sürülən dərs ilinin uzadılması təklifinin növbəti dərs ilində reallaşması gözlənilir. Belə ki, 2014/2015-ci tədris ilinin sonuna 3 həftə əlavə olunacaq". SİA-nin xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov belə deyib.

Onun sözlərinə görə, bu il isə dərs ili müddəti ötən ilki kimi öncədən planlaşdırılmış vaxtda yekunlaşacaq: "Dərs ilinin uzadılmasının gecikməsi məsələsi dərs proqramları ilə bağlıdır. Bunu ilin ortasında etmək düzgün olmaz. Dərs ilində tədris müddətinin uzadılması vəziyyətini analiz edilərkən aydın oldu ki, Azərbaycanda cəmi 32 tədris dərs həftəsi var və bu dərs ili üçün çox aşağı göstəricidir. Digər ölkələrin orta hesabla tədris həftəsi isə 38, bəzi ölkələrdə isə bu müddət 40-42 həftəyə çatır. 32 həftə kifayət qədər qıs müddətdir. Bu müddətdə tədris proqramı da kifayət qədər ağırdır və zaman keçdikcə bu proqram heç də yüngülləşmir. Dərs ilini uzatmaqla faktiki olaraq bir dərs gününə düşən dərs yükünü azaldırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə