Rezidenturaya sənəd verənlər buraxılış vərəqələrini götürə bilərlər
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya sənəd verən namizədlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 2014/2015-ci tədris ilində Azərbaycan Respublikasında ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya baza fənləri üzrə martın 30-da keçiriləcək test imtahanında iştirak edəcək namizədlər "İmtahana buraxılış vərəqi"ni TQDK-nın internet saytından çap edib götürə bilərlər. İmtahana gələrkən buraxılış vərəqini və şəxsiyyət vəsiqəsinin əslini mütləq özləri ilə gətirməlidir.
Buraxılış vərəqini çap etmək üçün http://eservices.tqdk.gov.az/brxvrez/ keçidinə daxil olmaq lazımdır.
Qeyd edək ki, rezidenturaya sənəd qəbulu fevralın 11-də başlayıb və fevralın 20-də yekunlaşıb. Ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə 1412 nəfər sənəd verib. Bunlardan 1216 nəfəri Azərbaycan, 196 nəfəri isə rus bölməsinin payına düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB