Attestasiyadan keçə bilməyən müəllimlərin diplomlarının aqibəti necə olacaq? NAZİR MÜAVİNİ

Attestasiyadan keçə bilməyən müəllimlərin diplomlarının aqibəti necə olacaq? NAZİR MÜAVİNİ

"Bir neçə mərhələdən sonra belə attestasiyadan keçə bilməyən müəllimlərin diplomlarının əllərindən alınması məsələsi nəzərdə tutulmayıb". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, müəllimlərin attestasiyadan keçməsi kifayət qədər ciddi prosesdir: "Bilikli və bacarıqlı təhsil verənlərlə bir o qədər yüksək kompitensiyalara, bacarıqlara malik olmayanlar arasında fərq olmalıdır. Bu kifayət qədər əhəmiyyətli məsələdir. Burada Təhsil Nazirliyinin səlahiyyətlərində olan və olmayan məsələlər var. Müəllimlərin attestasiyadan keçməsi məsələsi strategiyasında da öz əksini tapıb və bizi daima düşündürən məsələdir. Bu istiqamətdə iş gedir. Belə ki, məsələ çərçivəsində həm Təhsil Nazirliyi ilə, həm də digər aidiyyəti qurumlarla məsləhətləşmələr aparılır. Burada iki əsas məsələ daha yüksək əməkhaqqı almaq imkanı və heç bir standartlara cavab verməyənlərin iş yerlərini itirməsi məsələsi var. Biz burada hər hansısa bir tələskənliyə yol vermək istəmirik. Proses düşünülmüş şəkildə mərhələli olaraq aparılmalıdır. İlk növbədə ola bilsin ki, yüksək müsbət nəticə göstərə bilməyən müəllimlərə əlavə imkanlar verilməlidir. Onlar üçün əlavə treninqlər təşkil olunmalıdır. Məsələ ilə bağlı bütün təkliflər paketi hazır olduqda müzakirələrə çıxarılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə