Bu gün Bakıda təhsil naziri Mikayıl Cabbarov təhsil uğurları ilə seçilən tələbələrlə görüşüb. SİA-nın xəbərinə görə, görüş iştirakçılarını salamlayan nazir təhsilin həyatımızdakı xüsusi rolu və əhəmiyyəti barədə fikirlərini bildirib. Təhsil naziri qeyd edib ki, təhsil uğurları ilə seçilən tələbələrlə görüş, həm SABAH qruplarının yaradılması ideyası, həm də tələbələrin uğur formulları, problem və qayğıları ilə tanış olmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda ali təhsil sahəsində həyata keçrilən islahatların əsas istiqamət və hədəflərindən söhbət açan nazir müasir dövrdə yüksək ixtisaslı kadr hazırlığı məsələsinin aktual olduğunu nəzərə çatdırıb.
Ümumilikdə təhsil sistemində həyata keçirilən liberal islahatlara diqqət çəkən nazir bu istiqamətdə atılan addımların əhəmiyyətindən bəhs edib. Mikayıl Cabbarov deyib ki, hazırda boloniya sisteminə keçid tələbələrə imkan verir ki, təhsil planını və müddətini özü planlaşdırsın: "Tələbələrə təsir imkanları minimuma endirilib. Artıq tələbənin ali məktəbdən xaric olunması kimi hallar aradan qaldırılır. Akademik müvəffəqiyyətsizlik olduğu təqdirdə tələbəyə bir daha həmin proqramı mənimsəməsi üçün şans verilir. Biz artıq qadağalardan deyil, yeni imkanlardan və mütərəqqi düşüncəyə əsaslanan tədris mühitinin üstünlüklərindən danışmalıyıq".
Görüşdə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində ali təhsilin üzərinə düşən öhdəliklər, tələbə - müəllim əməkdaşlığı, universitetlərin elm- təhsil-innovasiya üçbucağı kimi dərk olunması, tələbə elmi cəmiyyətlərinin rolunun artırılması və digər bu kimi məsələlər müzaqkirə olunub.
Tədbir mətbuata qapalı şəkildə davam etdirilib.
Qeyd edək ki, tədbirdə 22 ali təhsil ocağından 120-dən çox tələbə iştirak edib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB