Fizika İnstitutu şagirdlər arasında sınaq olimpiadası keçirib FOTO
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun təşkilatçılığı ilə Fizika, riyaziyyat və informatika təmayüllü litseydə X siniflər arasında sınaq olimpiadası keçirilib. İnstitutdan SİA-ya verilən xəbərə görə, məktəblilərdə elmə maraq yaratmaq məqsədilə təşkil olunan olimpiadanın sualları institutun pedaqoji təcrübəsi olan əməkdaşları tərəfindən hazırlanıb.
İmtahanın keçirilməsində fizika elmləri namizədi Bəxtiyar İzzətov, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova və elmi işçilər Şəhla Əliyeva, Səidə Məmmədova iştirak ediblər.
Sınaq olimpiadasının nəticəsinə əsasən, Abdullah Camalov, Müşviq Əlizadə, Mirzəbaba Ağayev, Tural Əliyev, Röyal Allahverdiyev, Zeynal Zeynalov, Albina Babayeva, Natiq Ağayev və İqbal Rufullayev aprelin 19-da Yasamal rayonu üzrə bütün ümumtəhsil məktəbləri arasında keçiriləcək olimpiadada iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB