Təhsil Nazirliyi Salyanda dəyirmi masa keçirib

Təhsil Nazirliyi Salyanda dəyirmi masa keçirib

Bu gün Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası"nda nəzərdə tutulan istiqamət və hədəflərin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov, İnsan reursları şöbəsinin müdiri Fərzəli Qədirov, İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, Şirvan şəhəri, Salyan, Neftçala, Saatlı, Sabirabad və Hacıqabul rayonları təhsil şöbələrinin müdirləri, məktəb direktorları, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dəyirmi masada Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası çərçivəsində təhsilin inkişafı prioritetləri və keyfiyyətin təmin edilməsi haqqında fikirlərini bildiriblər.

Müzakirələr zamanı geniş fikir mübadiləsi aparılıb, müəllimləri və ictimaiyyət nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.

Səfər çərçivəsində media nümayəndələri Salyan şəhərində ən yaşı müəllimlərin "Açıq dərs"lərini müşahidə ediblər, Neftçala rayonunda yaşayan əməkdar müəllim, 65 illik pedaqoji təcrübəyə malik İmamverdi Əbilovla görüş keçirilib, onun ölkə təhsilinin gələcəyi ilə bağlı fikirləri öyrənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə