Cari ildə müəllimlərin işə qəbulunda yenilk tətbiq olunacaq Təhsil Nazirliyi

Cari ildə müəllimlərin işə qəbulunda yenilk tətbiq olunacaq Təhsil Nazirliyi

"Bu il müəllimlərin qəbulu üzrə tətbiq olunacaq yeniliyə əsasən iyun ayında müsabiqəyə başlamadan öncə yalnız yerdəyişmə üçün vakansiyalar elan ediləcək". SİA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov jurnalistlərə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, yerini dəyişmək istəyən bütün müəllimlərə şərait yaradılacaq, onlar elektron seçim edərək Təhsil Nazirliyinə göndərəcəklər: "Nazirlik tərəfindən yerləşdirmə aparılacaq və həmin müəllimlər iş yerlərini dəyişəcəklər. Onu da qeyd edim ki, yerdəyişmə zamanı müəllimlər yenidən imtahan verməyəcək. Onlar elektron müraciət əsasında yerlərini dəyişəcəklər. Ola bilər ki, bir yerə yerini dəyişmək üçün bir neçə müəllim müraciət etsin. Bu zaman konkret meyarlar üzrə qiymətləndirmə aparılacaq və onun nəticəsinə əsasən müəllimin yerdəyişməsi həyata keçiriləcək. Bu meyarlar onların elektron ərizələrində göstəriləcək, onlara təhsil səviyyəsi, sertifikatları, yaşayış yerinə daha yaxınlığı və digərləri daxildir".

Bütün xəbərlər Facebook səhifəmizdə