"Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib müəllim işləyənlərə yenidən kurikulum təlimini keçməyə məcburuq. Lakin bu universitetdə tədris olunmalı idi". SİA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov Salyan şəhərində keçirilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası"nda nəzərdə tutulan istiqamət və hədəflərin müzakirəsinə həsr olunmuş dəyirmi masada çıxışı zamanı belə deyib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi Azərbaycanda müəllim hazırlığı sistemini tam dəyişmək qərarındadır: "Azərbaycan Dövlət Pedaqoji Universiteti bitirən tələbə nəyə görə kurikulumu bilməməlidir? Bu sistem Azərbaycanda artıq 6 ildir tətbiq olunur. O baxımdan nəzərdə tutulur ki, müəllim hazırlığı tam dəyişməlidir. Belə ki, müəllim hazırlığı sistemində atılacaq ilk addım 4 illik bakalavr təhsilinin sonuncu 1 ilində internaturanın tətbiq olunması olacaq. Ali təhsilin son 1 ilində tələbə bilavasitə məktəbdə işləyərək, praktik bacarıqlara yiyələnməli, sonra dərs deməlidir. Yalnız o zaman peşəkar müəllim keyfiyyətlərinə malik ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB