Hafiz Paşayev: “Azərbaycandan gedən mütəxəssisləri ölkəyə qaytarmaq istəyirik”
"Azərbaycanda məktəblərin maliyyə strategiyası dəyişməli, bu məqsəd üçün fərqli maliyyə mənbələri təklif olunmalıdır". SİA-nın xəbərinə görə, bu sözləri xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev bu gün Bakıda keçirilən Azərbaycan İnvestisiya Sammitində çıxış edərkən deyib.
H. Paşayev söyləyib ki. məktəblərdə kurrikulumların təkmilləşdirilməsi prosesi davam etməldir: "Məktəblərdə həmçinin araşdırma fondları yaradılmalıdır. Belə olan halda təhsil daha asan olacaq. Bundan Azərbaycan universitetləri də yararlanmalıdır. Bütün bunlar Azərbaycan təhsil sistemini daha da genişləndirəcək".
Çıxışı zamanı xarici işlər nazirinin müavini vurğulayıb ki, təhsilin yenidən qurulması üçün xaricdən yüksək savadlı mütəxəssislər dəvət olunur: "Ən çətin iş odur ki, 15-20 il əvvəl Azərbaycandan gedən mütəxəssisləri ölkəyə qaytarmaq istəyirik və bunu edirik. Artıq 15 alimi geri gətirmişik və onlar bizim fakültələrdə əsas kadrlardır. Yeni iş başlayanda inqilab etməyə çalışırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB