Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi Novruz şənliyi keçirib
Bu gün Təhsil Nazirliyinin Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Novruz bayramına həsr olunmuş "Çərşənbələrimiz" adlı bayram tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin şagirdləri tərəfindən müxtəlif milli və beynəlxalq rəqslər ifa edilib, Novruz bayramını özündə təcəssüm etdirən səhnəciklər nümayiş etdirilib.
Mərkəzin direktoru Lalə Qəti junalistlərə açıqlamasında deyib ki, tədbirin məqsədi uşaqlarin bayram ərəfəsində valideynlərini təbrik etməsinə şərait yaratmaqdır. Onun sözlərinə görə, daha çox milli nömrələrin yer aldığı tədbirdə türkdilli xalqların rəqslərinə də yer ayrılıb: "Tədbirdə həmçinin müasir tipli rəqslər, Avropa sayağı mahnılar da ifa edilib. Hazırda yaradıcılıq mərkəzindəki 28 adda dərnəkdə 1800-ə şagird dərs keçir. Bunlar əsasən bədi yaradıcılıq dərnəkləridir və vokal, rəqs, teatr, aktyorluq kimi sahələri əhatə edir".
Tədbirin davamında 10 ən fəal valideyn Təhsil Nazirliyi tərəfindən mərkəzin fəaliyyətində yaxından iştirak etdikləri üçün mükafatlandırılıblar. Onların hər birinə uşaqları tərəfindən gül, Təhsil Nazirliyi tərəfindən isə diplom təqdim edilib.
Qeyd edək ki, tədbirdə təhsil nazirinin müşaviri Hüseyn Əliyev də iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB