Magistratura imtahanının I mərhələsinin nəticələri bu gün açıqlanacaq DİQQƏT
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsinin nəticələrinin bu gün axşam saatlarında elan olunması nəzərdə tutulur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən xəbərə görə, bakalavrlara imtahan nəticələrinin elan olunmasına dair ilkin məlumatlar "Facebook" səhifəsi vasitəsilə təqdim olunacaq.
Bakalavrlar öz imtahan nəticələrini TQDK-nın rəsmi internet saytından və öz iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB