Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) sədri Məleykə Abbaszadə Qusar şəhərində vətəndaşları qəbul edəcək. Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Qusar şəhərində keçiriləcək qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayon sakinləri və bu rayonlarda məskunlaşan qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər. Qəbul martın 12-də, saat 11:00-da Qusar şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Qusar-Aşağı Ləyər yolunun 1-ci km) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Quba regional bölməsinə (Ünvan: Quba şəhəri, Fətəli xan küç., 8) müraciət etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB