Magistratura səviyyəsində akademik borcları necə ləğv etmək olar?

Magistratura səviyyəsində akademik borcları necə ləğv etmək olar?

Təhsil Nazirliyi ali təhsilin magistratura səviyyəsində olan akademik borcaların hansı müddət ərzində ləğv edilə biləcəyinə aydınlıq gətirib. SİA-nın xəbərinə görə, Təhsil Nazirliyi rəsmi "Facebook" səhifəsində istifadəçilərin suallarını cavablandırıb.

Belə ki, ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, xaric olunanlar isə öz ixtisası üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Əgər ali təhsil müəssisəsində həmin ixtisas üzrə qiyabi təhsilalma forması üzrə qrup mövcuddursa, təhsilalma formasını əyanidən qiyabiyə dəyişmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə