Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə vəsaitlər nəşr edilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə "Təsviri sənət", "Musiqi sənəti", "Teatr, kino və xoreoqrafiya sənətləri", "Memarlıq və dizayn", "Bədən tərbiyəsi və idman" adlı vəsaitlər nəşr edilib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, vəsaitlərdə ixtisaslar haqqında məlumat, hər bir ixtisas üzrə qabiliyyət imtahanlarının və seçmə turların proqramları, qiymətləndirmə meyarları, metodiki tövsiyələr, bilet, tapşırıq və şəkil nümunələri, çalışmalar, cədvəllər, normativlər, imtahanlara hazırlaşmaq üçün ədəbiyyat siyahıları, internet saytları və digər zəruri materiallar verilib. Vəsaitləri TQDK-nın satış köşkündən və internet vasitəsilə əldə etmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB